• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 04.10.2015 23:16

Ölkə ərazisində bir neçə avtomobil qəzasi baş verib

Göygöldə maşın çaya aşıb, 3 nəfər ölüb.

Hadisə bu gün axşam saat 23:00 radələrində rayonun Üçtəpə kəndində Gəncə çayının üzərindən keçən hissəsində baş verib. "VAZ 2109" markalı avtomobilin sürücüsü Göygöl rayonu, Mollacəlil kənd sakini 34 yaşlı Xanlar Nəsibov avtomobil ilə hərəkət edərkən çaya aşıb. Sürücü, eləcə də onun həmkəndliləri avtomobildə olan sərnişinlər 34 yaşlı Pərviz Teymurov və 35 yaşlı Rəşadət Nəsibov hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

 

İdarəetməni itirən sürücü avtomobilini dərəyə aşırıb. Hadisə gecə saatlarında Ağstafada baş verib. Poylu- Sadıxlı yolunda "Vaz 21-04" markalı avtomobillə hərəkətdə olan sürücü Elşad Mustafayev avtomaşını Poylu körpüsündən aşırıb. Müxtəlif bədən xəsarətləri alan sürücü Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət səbəb olub.

Bu gün günorta saatlarında isə Tovuzda qəza olub. Hadisə Dondar Quşçu kəndində “VAZ 2106” və “VAZ 21012” markalı avtomobilllərin toqquşması nəticəsində qeydə alınıb. Avtoqəza zamanı 3 nəfər 45 yaşlı Cəfər Hümbətov, 56 yaşlı Zəkiyyə Bayramova və 27 yaşlı Emin Alıyev müxtəlif dərəcəli xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.