• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 04.10.2015 16:13

Məzarlıqların çoxluğu ilə diqqət çəkən kənd

Yolun sağı  və solu qəbiristanlıqdır. Söhbət Bakı-Qazax magistralından İncə dərəsinə istiqamətlənən yoldan gedir. Buradakı kəndlərdə məzarlıqların çoxluğu diqqət çəkir.

Qəbiristanlıqların 7-i Qazaxın sərhəd kəndi olan Kəmərlidə yerləşir. 2 mindən çox əhalisi olan kənddə bu qədər qəbiristanlığın olması burada tayfaların çoxluğu ilə ələqəlidir. Yerli sakinlər bildirir ki, kənddə hər tayfanın öz məzarlığı var, buraya digər rayonlarda yaşayanlar da gətirilib dəfn edilir.

Əvvəllər qədim yaşayış məskəni olan Kəmərlinin ərazisinin indikindən  kiçik olması səbəbindən qəbiristanlıqlar kəndin hündür yerlərində salınıb. Əhali artdıqca yeni məhəllələr salınıb, evlər tikilib. Bu zaman qədim məzarlıqların bir qismi sakinlərin həyətyanı sahələrinə də düşüb. Kəmərlidə müxtəlif tayfalara məxsus qəbir daşları hündür, müxtəlif formaları ilə seçilir. Sakinlər bildirir ki, kənddə ən qədim qəbiristanlığın 300-400 il yaşı var.

Rahim İbrahimoğlu