• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 04.10.2015 06:01

24 yaşlı şəxs döyülərək xəstəxanalıq olub

Gəncədə döyülmə faktı qeydə alınıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata əsasən şəhər sakini, Fikrət Əmirov küçəsi bina 2, mənzil 7 də yaşayan 24 yaşlı Həsən Həsənov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Yaralının verdiyi ilkin məlumata əsasən o, yaxınları tərəfindən döyülüb. Bundan  əlavə onun  qol nahiyyəsinə bıçaqla müxtəlif xəsarətlər yetirilib. Yaralıya ilkin tibbi yardım göstərilib hazırda vəziyyəti kafidir. Artıq faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.