• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 03.10.2015 16:32

Gəncədə “Mənim Xocalım bölgələrdə” adlı layihə keçirilib

Məhsəti Gəncəvi Mərkəzində "Mənim Xocalım bölgələrdə” adlı fotosərgi keçirilib. Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan eyni adlı layihə çərçivəsində baş tutub. Sərginin fərqli cəhəti nümayiş olunan və Xocalı həqiqətlərini əks etdirən fotoların müasir dövrümüzdə lentə alınmasıdır. Sərgi Gəncədən sonra Lənkaran, Quba və Sumqayıtda təşkil ediləcək. Qeyd edək ki, layihə çərçivəsində fotoşəkillərin və xocalı haqqında məlumatların öz əksini tapdığı kitabça da çap olunub.

Vəfa Şairova