• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 03.10.2015 14:35

Şəmkirdə əlil uşaqlarla bağlı layihə davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkirdə sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı sosial reabilitasiyası layihəsi uğurla davam edir. Layihə çərçivəsində Şəmkir Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli uşaqların valideynləri ilə görüş keçirilib, onların layihə ilə bağlı fikirləri öyrənilib. Bildirilib ki, rayonda sağlamlıq imkanları məhdud olan 1400-ə yaxın uşaq var. Ancaq bu layihədən onların yalnız 70-i yararlanır. Layihə çərçivəsində belə uşaqlar müxtəlif tədbirlərə cəlb olunur, onlar üçün kompüter və digər kurslar təşkil edilir. Bu ilin aprelindən başlanan layihə dekabr ayında yekunlaşdırılacaq.

Ayla Həsənova- layihə rəhbəri: “Təklifləri və arzu istəkləri nəzərə alacağıq. Çünki bu layihə bir günlük və yaxud da bir illik deyil. Çünki burada elə uşaqlar var ki, onillərlə müalicəyə ehtiyacı var. Ona görə də tələb və təklifləri nəzərə alıb bir paket halında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə çatdıracağam. İnanıram ki, layihənin gedişatına bu təkliflərin böyük töhfəsi olacaq”.

Natiq Hüseyn