• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2144
— 03.10.2015 14:34

Şəmkirli gənclər Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 22-ci ildönümünü qeyd edib

Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə prezident seçilməsinin 22-ci ildönümü ilə əlaqədər silsilə tədbirlər keçirilir. İlk belə tədbir rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində reallaşıb. “Mən Fəxr Edirəm ki, Azərbaycanlıyam!” adlı tədbirdə çıxış edənlər ulu öndərin hakimiyyəti dövründə respublikamızda, o cümlədən Şəmkirdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışıblar. Rayonda inşa olunan Şəmkir və Yenikənd Su Eletrik Stansiyalarının respublikamızın enerji ilə təchizatında müsbət rol oynadığı vurğulanıb. Sonda dahi şəxsiyyətin geniş və çoxşaxəli fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Emin İsmayılov- Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: “Şəmkir rayon Gənclər və İdman İdarəsi YAP Şəmkir rayon təşkilatının gənclər birliyi Şəmkir Heydər Əliyev Mərkəzi ilə birlikdə "Mən Fəxr Edirəm ki, Azərbaycanlıyam!" adlı layihəsi həyata keçirilir. Layihə çərçivəsində Şəmkir rayonunda təhsil alan yuxarı sinif şagirdləri Heydər Əliyev mərkəzinə dəvət olunaraq ümummilli liderin həyat və fəaliyyəti ilə daha yaxından tanış olurlar. Bu günkü tədbrimizi ümummilli liderimizin prezident seçildiyi günə təsadüf etdiyindən biz belə qərara gəldik, bu gün Heydər Əliyev idealogiyasını təbliğ edək”.

Natiq Hüseyn