• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 03.10.2015 12:22

Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrinin əməkdaşlığı genişləndirilir

"Azərbaycan - Gürcüstan" Ərazi Əməkdaşlığı Proqramı çərçivəsində layihə təkliflərinin qəbuluna başlanılıb. Bu münasibətlə oktyabrın 1-i və 2-si Gürcüstanda məlumat günləri keçirilib. Əməkdaşımız Gülnar Fazilqızının Rustavidən hazırladığı materialda daha ətraflı tanış olaq...

Şərq təfədaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramına Azərbaycan - Gürcüstan üzrə hər iki qonşu ölkənin dövlət sərhəddi boyunca yerləşən inzibati ərazilər daxil edilib. Bunlar Gürcüstan tərəfdən Kvemo-Karli və Kaxeti, Azərbaycan tərfədən isə Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonlarıdır. Gürcüstanın Rustavi şəhərində baş tutan məlumat günündə müsabiqədə iştirak etmək niyyətində olan təşkilatların nümayəndələri  iştirak edib.

Ştefan Elzinq- Beynəlxalq Əməkdaşlıq üzrə Almaniya Agentliyinin təmsilçisi: "Bizim əsas məqsədimiz potensial əməkdaşlar üçün tam məlumat  verməkdir. Yəni kimlər, necə və nə vaxt müraciət edə bilərlər. Təkliflərin yazılış forması necə olmalıdır, hansı mövzuları əhatə etməlidir və s.".

Təqdim olunan layihələr mədəniyyət və turizm, təhsil, idman, kənd təsərrüfatı kimi sahələri əhatə etməli, ətraf mühitin mühafizəsinə, yerli icmaların həyat şəraitinin yaxşılaşdırılmasına hədəflənməlidir.

Həyata keçiriləcək layihələrin iki qonşu ölkə arasında bir növ "sərhədlərin silinməsinə" səbəb olacağı gözlənilir ki, bu da sərhədyanı ərazilərdə yaşayan əhalinin bir-birini daha yaxşı tanımasına, etibarlı əlaqələrin qurulmasına və bütövlükdə regionun inkşafına müəyyən təsir göstərəcək.

Layihələrin maliyyə dəyəri 20 mindən 250 min avroyadək dəyişə bilər. Azərbaycan və Gürcüstan tərəfin birgə təqdim edəcəkləri layihələrin qəbulu  dekabrda yekunlaşacaq.

Gülnar Fazilqızı