• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 27.09.2014 21:58

Gəncədə 3 avtomobil toqquşub, yaralı var

Bu gün Gəncədə 3 avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Elşən Məmmədovun idarə etidiyi "BMW" markalı avtomobil Heydər Əliyev prospekti ilə üzü Vaqzal istiqamətinə hərəkətdə olarkən yolun əks istiqaməti ilə hərəkət edən Vəfa Dərgahzadənin idarə etdiyi "Prado" markalı avtomobili, daha sonra yol kənarında dayanan Akif Səfərova məxsus "VAZ 2106" markalı avtomobili vurub. Qəza nəticəsində "Prado"nun sərnişini xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qəzaya ilkin səbəb "BMW"-nin yüksək sürətlə işıqforun sarı işığında yolu keçməsi göstərilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.