• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3578
— 03.10.2015 12:07

Tovuzda calaq etməklə üzümlərin məhsuldarlığını artırırlar

Məhsuldar, iri salxımlı, ən əsası isə dadlı üzüm yetişdirmək üçün tovuzlu fermerlər yeniliklər edir. Kimisi müxtəlif ölkələrdən tinglər gətirir, kimisi də calaq etməklə bol məhsul verən tənəklər becərir. Fermerlər bildirir ki, calaq vasitəsilə yeni sortların alınması daha sərfəlidir.

Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Sərxan Məmmədov 15 ildir ki, üzüm tinglərinə calaq vurmaqla məşğuldur. Kənd sakininin sözlərinə görə, üzüm digər meyvə ağaclarına nisbətən daha çətin calaq edilir. Bu proses əsasən yay və yaz aylarında həyata keçirilir. Sərxan Məmmədov məhsuldar tinglər becərmək məqsədilə qonşu rayonlardan calaq üçün  gözlər gətirir.

Müsahibimiz Tovuzda əsasən “Alfonsa”, “Şalfey”, “Təbriz”, “Ağadayı”  üzüm sortlarının calaq edildiyini bildirir. Rayonda üzümün həm süfrə, həm də texniki sortları becərilir. Yığımı yekunlaşmaq üzrə olan bitki Tovuzda 600 hektradan çox ərazini əhatə edir.

Rahim İbrahimoğlu