• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 03.10.2015 12:07

Şəmkirdə Kənd Təsərrüfatı İdarəsi üçün müasir standartlara cavab verən bina tikilir

Şəmkir rayonunda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları gələn aydan etibarən şəraitsiz və laboratoriyası olmayan uyğunlaşdırılmış binalarda işləməyəcəklər. Bunun üçün nazirliyin şifarişi ilə rayonda 3 mərtəbədən ibarət müasir standartlara cavab verən binanın tikintisi aparılır. 2014-cü ildən inşasına başlanılan tikilidə hazırda son tamamlanma işləri aparılır. Layihəyə görə,1320 kvadratmetr olacaq  binada kənd təsərrüfatının vacib sahələri üçün müxtəlif təyinatlı 39 otaq olacaq. Hazırda tikilinin daxilində rəngləmə və fasad hissəsində üzləmə işləri aparılır.

Elçin Mahmudov- iş icraçısı: “Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir rayonu üzrə Kənd Təsərrüfatı İdarəsinin inzibati və laboratoriya binasında hal-hazırda son tamamlanma işləri aparılır. İşlərimiz keyfiyyətlə aparılır və bütün standartlara cavab verir. Bu ilin noyabr ayınada binanın tam hazır edərək istismara verilməsi nəzərdə tutulur”.

Xaliq Qurbanlı