• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 03.10.2015 10:36

Şəmkirdən Gəncəyə gələn avtomobil qəzaya uğradı, 1 nəfər yaralıdır

Bakı-Qazax avtomagistralının Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində, yol-nəqliyyat hadisəsi baş verib. Şəmkirdən Gəncəyə gələn Teymur Miriyevin idarə etdiyi, “Opel” markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan “QAZ 24” markalı avtomobillə toqquşub. Nəticədə  “Opel”də olan sərnişin - Goranboy rayon Cinli Boruslu kənd sakini 25 yaşlı Nərgiz Hüseynova, müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Fakt araşdırılır.

Natiq Hüseyn