• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 02.10.2015 18:49

Qazaxda əmək yarmarkası keçirilib

Bölgələrdə işsizliyi aradan qaldırmaq üçün tədbirlər davam etdirilir. Rayonlarda yaşayan sakinləri uyğun işlə təmin etmək üçün növbəti əmək yarmarkası Qazax rayon Mədəniyyət Mərkəzində keçirilib. Yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 30 idarə və müəssisədən 218 boş iş yeri təqdim edilib. 130 işaxtranın müraciət etdiyi əmək yarmarkasında 55 nəfərə uyğun işlərə göndəriş verilib. 16 nəfər isə “mebel quraşdırıcısı” üzrə peşə hazırlığı kursuna cəlb edilib. Qeyd edək ki, təklif olunan boş iş yerlərində minimum əməkhaqqı 125, maksimum 510 manat təşkil edib.

Rahim İbrahimoğlu