• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2232
— 02.10.2015 17:10

Gəncədə gənc qızı qaçırıb, döydülər

Gəncədə döyülmə faktı qeydə alınıb. Şəhər sakini, Sevinc qəsəbəsində yaşayan 23 yaşlı Ayşə Məsimova bu gün saat 16:00 radələrində müxtəlif xəsarətlərlə valideynləri tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətirilib. Həkimlər tərəfindən ona lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, Ayşə Məmmədova sentyabrın 19-da Saqil Verdiyev tərəfindən qaçırılıb. Bu gün isə 23 yaşlı gənc qaynı Ramin Verdiyev, qayınanası Esmira Verdiyeva və əri tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu