• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 02.10.2015 15:03

Qərb bölgəsinin arıçıları Respublika Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasına qatılacaqlar

Oktyabrın 10-dan noyabrın 10-na kimi təşkil olunacaq Respublika Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasına qərb bölgəsinin arıçıları da qatılacaqlar. 160 arı ailəsinə sahib olan təsərrüfatçı Şahidə Kərimova builki Respublika Arıçılıq Məhsulları Sərgi-Satış Yarmarkasına 600 kq-a yaxın  bal, 6-7 kq polen, propolis, ölü arı çıxaracağını bildirib. Artıq Kənd Təsərrüfatı Nazirliyinin Zona Baytarlıq İdarələri tərəfindən sərgiyə çıxarılacaq məhsullardan nümunələr götürülüb. Təsərrüfatçı isə alıcıları bal alarkən diqqətli olmağa çağırır.

Şahidə Kərimova- arıçı: "Bakı camaatı adətən duru bal alırlar. Mən onlara məsləhət görərdim ki, xar bal alsınlar. Duru bala müdaxilə çox olur. Yəni saxtakarlıq duru balda çox olur. Əgər şanın üzərində istər tünd olsun, istər açıq olsun ulduzlar yanırsa, bir də fikir versinlər içində əgər bərkimə varsa, artıq kristallaşıbsa o şəkər tozudur, bal deyil".

Ruhəngiz Hacızadə