• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2844
— 02.10.2015 15:36

Daşkəsən Rayon Baytarlıq İdarəsi üçün tikilən binada işlər sürətlə davam edir

Kənd Təsərrüfatı Nazirliyi Daşkəsən Rayon Baytarlıq İdarəsinin inzibati binasının tikintisi işləri sürətlə davam etdirilir. Binada rayon üzrə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bütün idarələr yerləşəcək.

Daşkəsən Rayon Baytarlıq İdarəsinin yeni tikilən inzibati binası Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə xüsusi layihə əsasında inşa edilir. Bina ayrılan 875 kv.m ərazinin 460 kv.m-də tikilir. Mansarddan və iki mərtəbədən ibarət tikilinin hər mərtəbəsində 20, mansard hissəsində isə 8 otaq var. Üçüncü mərtəbədə yeməkxana, kompüter otağı, arxiv, dərman saxlamaq üçün otaqlar yerləşəcək.

Artıq binada son tamamlanma işləri gedir. Binanın otaqlarının rənglənməsi, eləcə də tavan və döşəmənin vurulması qalıb. Bu işlərin də noyabırın əvvəlinə kimi başa çatdırılması planlaşdırılır. 

Artıq binanın işıq, su və istilik xətləri çəkilib. Hazırda isə fasadın gülbax daşı ilə üzlənməsi və pilləkənlərə qranit plitələrin döşənməsi işləri görülür. 

 

Daşkəsən Rayon Baytarlıq İdarəsinin inzibati binasının həyətində su anbarı, nasosxana, eləcə də dərmanları saxlamaq üçün 3 əlavə otaq da inşa edilib. Hazırda burada 20 işçi çalışır.

 

Elnur Vahidoğlu