• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 02.10.2015 15:48

Şəmkir-Kənd Dairə Seçki Komissiyasında seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir

99 saylı Şəmkir-Kənd Dairə Seçki Komissiyasında qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq, dairənin məntəqləri səsvermə gününə hazırlanır.

1 noyabr ölkə ərazisində keçiriləcək növbəti parlament seçkilərinə qatılmaq üçün bu günə kimi dairədə 13 nəfərin namizədliyi irəli sürülüb. Bunlardan 11-nin sənədlərinə baxıldıqdan sonra seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınıb. Namizədlərin 3-ü müxtəlif siyası partiyaların təmsilçiləri, digərləri isə öz təşəbbüsü ilə müraciət edənlərdir. Bundan başqa, 99 saylı Şəmkir Kənd Dairə Seçki Komissiyasında seçicilərin siyahısı tam dəqiqiləşdirilərək MSK-ya təsdiq olunması üçün göndərilib.

Rafiq Məmmədov- 99 saylı Şəmkir-Kənd DSK-nın sədri: "MSK-dan müxtəlif adda maarifləndirici plokatlar gətirilib. Məntəqələrin hamısına seçkiyə çağırış plokatları verilib, əhalinin daha çox sıx olduğu ərazilərə asılması təmin edilib. Bildirişlərin də yaxın günlərdə verilməsi təmin olunduqdan sonra hər bir seçiciyə çatdırılacaq. Ümid edirəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də dairə ərazisində seçicilərin fəallığı yüksək səviyyədə olacaq".

Hazırda dairənin 38 məntəqəsində 41702 seçici qeydiyyatdadır. Bu məntəqələrin 1-i qapalı olduğundan seçki gününə 5 gün qalmış təşkil ediləcək və bu məntəqədə 235 seçicisi səs verəcək. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün dairənin 5 məntəqəsinə veb-kamera quraşdırılıb.

Qeyd edək ki, 99 saylı Şəmkir-Kənd Dairəsi Seçki Komissiyası rayonun 17 kəndində və 2 qəsəbəsində seçkilərin keçirilməsini təmin edəcək.

Xaliq Qurbanlı