• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 02.10.2015 07:42

Kür çayına 1 milyondan artıq çəki balığının körpəsi buraxılıb

Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən balıqartırma müəssisəsi 24 ildir çəki balıqlarının yetişdirilməsi ilə məşğuldur. Burada körpə balıqlar süni göldə yetişdirilərək Kür çayı vasitəsi ilə Şəmkir dəryaçasına buraxılır. Balıqlar əvvəlcə xüsusi qablara yığılır, daha sonra isə avtomobillərlə daşınaraq Kür çayının sakit axan hissəsinə axıdılır. Kiçik çəki balıqları Kürə axdıldıqdan sonra ana balıqlar seçilərək qışlama nohuruna atılır. Yazda isə onlar kürüləmə nohuruna köçürülür. Hazırda təsərrüfatda 1200-dən artıq ana çəki balığı var. 70 hektara yaxın ərazisi olan Tovuz Balıqartırma təsərrüfatının əməkdaşları oktyabrın ilk günlərində Kür çayına 1 milyondan artıq çəki balığının körpəsini buraxıblar.

 

Rahim İbrahimoğlu