• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4388
— 01.10.2015 16:51

Gəncə şəhər Pensiyaçılarının Ərazi Sosial Xidməti Mərkəzində əsaslı yenidənqurma işləri davam etdirilir

1973-cü ildən istismara verilən Qocalar evi ötən ilin noyabr ayından təmirə dayandırılıb. Bərpa işləri ilə əlaqədar mərkəzin sakinləri müvəqqəti olaraq, Göygöl, Şamaxı və Buzovnada yerləşən aidiyyatı müəssisələrə yerləşdiriliblər. 5 nəfər evə buraxılıb, 5 nəfər isə həmişəlik psixi dispanserə  yerləşdirilib. Əgər əvvəllər burada kimsəsiz qocalarla yanaşı, ruhi xəstələr də qalırdısa, təmir işləri başa çatdırıldıqdan sonra Gəncə Pensiyaçılarının Ərazi Sosial Xidməti Mərkəzində yalnız kimsəsiz qocaların qalması nəzərdə tutulub.

Nuriyyə Məhərrəmova -Gəncə Pensiyaçılarının Ərazi Sosial Xidməti Mərkəzinin direktoru: "Dekabrın sonuna bizim mərkəz istifadəyə veriləcək. 110 nəfər yerlik nəzərdə tutulub. Dövlət tərəfindən maddi yardım göstərilir. Biz də onlara mənəvi dəstək verməliyik. O dəstəyi göstərmək də bizim borcumuzdur".

Vəfa Şairova