• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 01.10.2015 16:51

Gəncə şəhər Prokurorluğu üçün tikilən yeni inzibati bina tezliklə istifadəyə veriləcək

Gəncə şəhər Prokurorluğu üçün tikilən yeni inzibati binanın ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Baş Prokurorluğunun sifarişi əsasında inşa edilən bina 4 min kv metr ərazidə inşa edilir. Zirzəmi də daxil olmaqla bina 5 mərtəbədən ibarət olacaq binanın daxilində 30-dan artıq iş otağı, konfrans zalı olacaq. Bununla yanaşı mərkəzləşdirilən istilik sistemi üçün qazanxana, su hovuzu və avtomobil dayanacağı da inşa edilir. Binanın tikintisində 30-dan artıq işçi çalışır və binanın ətrafında yaşıllıq zolağı və müasir işıqlandırma sistemi də quraşdırılacaq.

Vəfa Şairova