• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 01.10.2015 16:24

Gəncədə eşitmə problemi olan insanların eşitmə faizi təyin ediləcək

Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə eşitmə problemi olan insanların eşitmə faizini təyin etmək üçün aparatlar gətiriləcək. Xidmətə noyabırın 1-dən “Əlil Qadınlar Cəmiyyəti” Gəncə şəhər şöbəsi və “Əlillərə Ziya Körpüsü” Uşaq Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə başlanılacaq. Bu yenilikdən yararlanmaq istəyənlər hər iki mərkəzin Həsən Əliyev və Abbas Səhhət küçələrində yerləşən ünvanlarına müraciət edə biləcəklər. Burada paytaxt Bakıdan dəvət olunacaq həkimlər, eləcə də mütəxəssislər eşitmə problemi olanlara yardım edəcəklər. Bildirək ki, Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi 2002-ci ildən fəaliyyət göstərir və 3228 üzvü var. Mərkəz indiyədək əlillər üçün bu kimi bir sıra uğurlu layihələr həyata keçirib.

Elmira İsmayılova “Əlil Qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri: “Əvvəllər eşitmə faiz dərəcəsini müəyyən etmək üçün onlar Bakıya müraciət edirdilər aparatlarla faiz dərəcəsi müəyyən edilirdi. Ancaq indi bizim mərkəzdə təşkil edəcəyik ki, onlar Bakıya gedib artıq vaxt, xərc etməsinlər. Biz onlara müəyyən olunan günləri əvvəlcədən elanlarını verəcəyik”.

Elnur Vahidoğlu