• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1559
— 01.10.2015 16:17

Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib

Rayonun Alar kənd sakini  20 yaşlı Xoşbəxt Hətəmova doğuş sancıları ilə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına  gətirilib. Həkimlər gənc xanımın ilk hamiləliyi olduğunu əsas gətirərək uşağı keysəriyyə yolu ilə götürüblər. Qız övladı dünyaya gətirən ananın əməliyyatdan sonra qəfil halının pisləşməsi onun ölümü ilə nəticələnib. Mərhumun yaxınları ananın ölümündə  həkimləri günahlandırırlar.

Ruhəngiz Hacızadə