• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 27.09.2014 13:09

Türkiyə Superliqasında 3-cü turun görüşləri start götürüb

İlk oyun günündə "Qalatasaray" klubu "Sivasspor"la üz-üzə gəlib.

Oyuna meydan sahibləri yaxşı başlayıb. İlk dəqiqələrdən hücuma atılan "sarı qırmızılılar" Djemaili ilə qola yaxın olsa da, son zərbə qapıya düşməyib. "Sivasspor"un cavab həmləsi də olduqca təhlükəli alınıb. Lakin ötən mövsüm superliqanın bombardiri olan Şaşejunun zərbəsi qapının yanından ötüb. Bununla belə oyunda hesabı "cim-bom" açıb. 19-cu dəqiqədə künc nöqtəsindən ötürülən topu Orelen Şedju başı ilə tora salıb. İlk hissənin ortalarında görüşün baş hakimi qonaqların qapısına onbirmetrlik cərimə zərbəsi təyin edib. Olcan Adına qarşı kobud oyuna görə təyin olunan onbirmetrlik cərimə zərbəsini yerinə yetiriən Burak Yılmaz əvvəlcə hədəfdən yayınsa da, ikinci zərbəsi uğurlu alınıb. 70-ci dəqiqədə Roberto Karlosun yetirmələri fərqi azaldıb. Krisantusun qolu hesabı minimuma endirib. Amma bu qol təsəllidən başqa bir şey olmayıb. "Qalatasaray" 2 "Sivasspor" 1.