• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 01.10.2015 14:27

Göygöl sakinləri qan vermə aksiyasında aktivlik nümayiş etdirib

Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən növbəti qan vermə aksiyası Göygöl rayonunda keçirilib. Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan aksiyaya rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri, eləcə də sadə vətəndaşlar qatılıb. Sakinlər əvvəlcə tibbi müayinədən keçirilib. Müayinənin nəticəsindən asılı olaraq səhhətində problemləri olmayan şəxslərdən qan götürülüb. 1 günlük aksiyada təxminən 200 nəfər iştirak edib. Ancaq onlardan yalnız 170-dən qan götürülüb. Toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım etmək məqsədi ilə respublika qan bankına göndərilib. Qeyd edək ki, ötən il Göygöl rayonunda keçirilən analoji aksiyada 300- ə yaxın rayon sakini könüllü olaraq qan verib.

Hamlet Ömərov- Göygöl MRX-nın baş həkimi: “Hər bir vətəndaşdan 200-300 milli litr qan götürülür. Bu birinci dəfə deyil. Hər il olduğu kimi bu ildə bizim rayonda bu tədbir geniş şəkildə keçirilir. Təbii ki, məqsəd ehtiyacı olanlara yardım etməkdir”.

Natiq Hüseyn