• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 01.10.2015 09:35

Ov edən şəxs güllə yarası alıb

Şəmkir rayon sakini 32 yaşlı Rövşən Əliyev odlu silahla yaralanaraq Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər yaralını dərhal əməliyyat edib. Sonrakı müalicə və müayinə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, Rövşən Əliyev Kürqırağı ərazisində ov edərkən odlu silahla ehtiyatsız davranma nəticəsində xəsarət alıb. Fakt  Şəmkir rayon hüquq- mühafizə orqanları tərəfindən araşdırılır.

Natiq Hüseyn