• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 30.09.2015 14:58

Gədəbəydə “Hər kənddə bir ağsaqqal, hər səngərdə bir əsgər” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyəti  hərbi vətənpərvərlik mövzusunda kütləvi tədbir keçirib. “Hər kənddə bir ağsaqqal, hər səngərdə bir əsgər” adlı tədbirin əsas məqsədi vətəndaşlarda vətənə və dövlətə bağlılığı artırmaq, orduya inam ruhunu yüksəltməkdən ibarət olub. Çıxış edənlər son illər ordumuzun maddi-texniki bazasının güclənməsindən, hərbçilərə yaradılan şəraitdən danışıblar. Qeyd olunub ki, Gədəbəy rayonu düşmənlə 123 km sərhəddə yerləşir. Düşmənlər hər gün müxtəlkif kəndlərdə atəşkəsi pozsalar da, sakinlər öz ata yurdlarını tərk etmirlər. Milli ordumuz düşmənə layiqli müqavimət göstərir. Xidmətdə fərqlənən əsgərlərə Gədəbəy Rayon İcra Hakimiyyətinin döş nişanları təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.

Abdulla Qurbani- Müdafiə Nazirliyinin sözçüsü: “Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Bu gün bütün Azərbaycan xalqı ordumuzun gücünə və qüdrətinə inanır. Gədəbəylilər də bu gün bir daha nümayiş etdirdilər ki, daim əsgərlərimizin yanındadırlar”.

Natiq Hüseyn