• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 30.09.2015 13:50

Qərb bölgəsində parlament seçkilərinə hazırlıq işləri aparılır

Noyabrın 1-də ölkə ərazisində keçiriləcək parlament seçkilərinə hazırlıq işləri 101 saylı Göygöl-Daşkəsən və 102 saylı Samux Dairə Seçki Komissiyalarında da aparılır. Bu məqsədlə dairədə seçici siyahıları tam dəqiqləşdirilib. Məntəqələrin maddi-texniki bazası səsvermə gününə hazırlanır.

51 məntəqədə 44 978 seçicinin səs verəcəyi 102 saylı Samux Dairə Seçki Komissiyasına seçkilərdə iştirak etmək üçün 12 namizəd müraciət edib. Onlardan 2 nəfərin namizədliyi təsdiq olunub. Namizədlərin 4-ü siyası partiyalar tərəfindən irəli sürülüb, digərləri isə öz təşəbbüsü ilə müraciət edib.

Bayram Qasımov- 102 saylı Samux DSK-nın sədri: "Seçki siyahıları tərəfimizdən tam dəqiqləşdirilərək təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. MSK bu siyahıları təsdiq edib bizə qaytardıqdan sonra bizdə onların məntəqələrində yerləşdiriləcək".

101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyasına isə 13 nəfər bildirişlə müraciət edib. Onların hamısının namizədliyi təsdiq olunsa da, 1 nəfər dairədə qeydə alınıb. Namizədlərin 3-ü müxtəlif siyası partiyaların təmsilçiləri, 10 nəfər isə öz təşəbbüsü ilə seçkiyə qatılmaq istəyənlərdir. Bununla yanaşı dairənin 74 məntəqəsində ümumlikdə 41240 seçicinin adı dəqiqişlədirilərək MSK-ya göndərilib.

1 noyabr ölkə ərazisində keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədilə 101 saylı Göygöl Daşkəsən Dairə Seçki Komissiyasının bütün məntəqləri lazımi invertar və avadanlıqlarla tam təmin olunub.

Abbas Zalov- 101 saylı Göygöl-Daşkəsən DSK-nın sədri: "Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün dairədə mətəqələr üzrə 9 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Hazırda həmin kameraların sazlığı və rabitə xəttləri yoxlanılır".

Dairənin 34 264 seçicisi 46 məntəqə üzrə Göygöldə, 6 980 seçici isə 28 məntəqə üzrə Daşkəsən rayonunda qeydə alınıb.

Xaliq Qurbanlı