• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 30.09.2015 11:48

ATU ilə Türkiyə universitetləri arasında tələbə-müəllim mübadiləsi uğurla davam edir

2014-2015-ci tədris ilində Azərbaycan Texnologiya Universitetinin 5 tələbəsi bir semestrlik Türkiyənin müxtəlif universitetlərinə göndərilib. Bundan başqa, türkiyəli tələbələr də bu universtitetdə təhsillərini davam etdirmək üçün Gəncəyə gəliblər. "Mövlanə Dəyişim Proqramı" çərçivəsində baş tutan tələbə-müəllim mübadiləsi növbəti yarımildə də davam edəcək.

Betül Bereketoğlu Türkiyənin Giresun Universitetinin III kurs tələbəsidir. Gəncəyə Azərbaycan Texnologiya Universiteti ilə təhsil aldığı tədris ocağı arasında bağlanan "Mövlanə Dəyişim Proqramı"ndan yararlanaraq gəlib.

Betül Bereketoğlu- türkiyəli tələbə: "Bizim universitetdə xeyli azərbaycanlı tələbələr var. Onlar ölkənizi çox tərifləyirlər. Mənə də maraqlı gəldi və düşündüm ki, niyə də olmasın? Mən niyə ora getməyim? İnternetdə şəhər və universitetlə bağlı kiçik bir araşdırma apardım. Onu deyə bilərəm ki, gəldiyimə peşman deyiləm".

Giresun Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi olan Betül yanvar ayınadək öz təhsilini burada davam etdirəcək.

Betül Bereketoğlu- türkiyəli tələbə: "Tədris sistemi demək olar ki, eynidir. Heç bir fərq görmədim. Mühit də çox gözəldir. Müəllimlər mənimlə çox yaxşı, hətta öz qızları kimi rəftar edirlər. Tələbələr də məni yaxşı və hörmətlə qarşıladılar. Özümü yad hiss etmədim".

ATU "Mövlanə Dəyişim Proqramı"na ötən ilin fevral ayında qoşulub və proqram çərçivəsində Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq sazişi imzalanıb.

İlahə Qurbanova- ATU-nun Xarici Əlaqələr Şöbəsinin Beynəlxalq Əlaqələr ürzə mütəxəsisi: "Bu il biz əməkdaşlıqlarımızı daha da genişləndirərək, 10-dan artıq tələbəmizin mübadiləsini həyata keçirməyi nəzərdə tuturuq. Türkiyənin Çankaya, Giresun, Recep Tayyip Erdoğan, İstanbul, Osmaniye Dədə Qorqud və sair universitetlərində 10-dan çox tələbəmiz ikinci semestr üçün təhsillərini davam etdirəcəklər".

Növbəti yarımildə Türkiyənin Artvin Çoruk Universitetinin 3 tələbəsi təhsillərini bir semestrlik Azərbaycan Texnologiya Universitetində davam etdirmək üçün Gəncəyə gələcəklər.

Gülnar Fazilqızı