• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2246
— 29.09.2015 14:51

Gəncədə “Qeyri- Hökumət Təşkilatlarına dövlət dəstəyi: Qarşıda duran vəzifələr və yeni yanaşmalar” mövzusunda konfrans keçirilib

Konfransda 53 rayonu təmsil edən QHT-lərin koordinatorları, paytaxt və regionları təmsil edən fəal QHT-lərindən ümumilikdə 130 nümayəndə iştirak edib.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Sosial-İqtisadi İnkişaf Fəaliyyəti - SEDA layihəsi çərçivəsində “Sosial Tərəqqi” İctimai Birliyi tərəfindən təşkil olunub. İcmaların inkişafı, vətəndaş cəmiyyəti institutlarının rolu və Azərbaycan höküməti ilə tanışlıq kimi komponentlərdən ibarət olan layihə 5 illikdir və 2016-cı ildə yekunlaşır. Konfransda QHT-lərə, Vətəndaş cəmiyyəti institutlarına dövlət tərəfindən göstərilən diqqət, bu sahədə ölkə rəhbəri tərəfindən verilən sərəncamlar və dövlət konsepsiyasının icrası ilə bağlı müzakirələr aparılıb. Həmçinin yeni imkanlar, yeni yanaşmalar istiqamətində təkliflər səsləndirilib.

Qalib Nəbiyev- Sosial Tərəqqi İctimai Birliyinin rəhbəri: “QHT-lər rayon koordinasiya mərkəzləri yeni bir mərhələdə özlərini görəcəklər. QHT-lərin yaranması prosesi aktivləşəcək, QHT-lərin yerlərdə qərar vermə proseslərində bir başa iştirakçı qismində çıxış edəcəklər. Ümumilikdə hesab edirik ki, bu konfransdan biz əvvəl qurulan şəbəkəni aktivləşdirmə rolunu oynayacağıq”.

Gəncədə bundan əvvəl 2 belə konfrans keçirilib və bundan da uğurlu nəticələr gözlənilir. İki gün davam edəcək konfransın digər bölgələrdə də təşkili planlaşdırılıb.

Elnur Vahidoğlu