• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3790
— 29.09.2015 14:49

Tovuzda tonlarla xurma alıcısını gözləyir, məhsul satılmır

Qərb bölgəsində xurma ticarəti ilə məşğul olan sahibkarlar çıxılmaz vəziyyətdədirlər. Əsasən Rusiya bazarına çıxarılan meyvə rublun ucuzlaşmasından sonra öz alıcısını itirib.

Yüksək məhsuldarlığı ilə seçilən şərq xurması ötən il baha satıldığından fermerlərin üzünü güldürmüşdü. Məhsulun bir 1 yeşiyini 5-7 manata təklif edən kəndlilər bu il yetişdirdikləri xurmaya alıcı tapa bilmirlər.

Yerli bazarda tələbatı yüksək olmayan xurma Rusiya bazarlarına  aparılmazsa, kəndlilərə maddi cəhətdən xeyli ziyan dəyəcək.

Qeyd edək ki, Tovuzda 200 hektardan çox xurma bağı mövcuddur.  Rayonda xurmanın əsasən şişburun, yastı və karalyok növləri yetişdirilir. 

Rahim İbrahimoğlu