• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 29.09.2015 10:12

Gəncədə ər arvadını qətlə yetirib

Bu gecə Gəncədə qətl hadisəsi baş verib. Şəhərin Şeyx Bahəddin küçəsində yaşayan Elxan Allahverdiyev həyat yoldaşı Aytən Allahverdiyevanı ata evində, 3-cü mikrorayon, bina 9-da naməlum şəraitdə qətlə yetirib. Bir neçə ildir ki, ailə həyatı quran cütlüyün 2 qız övladı var. Hazırda hüququ mühafizə orqanları qətlin təfərrüatlarını araşdırır. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi qaldırılıb.

Fərid Mehdiyev