• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 28.09.2015 18:37

Gəncədə 2 avtomobil toqquşaraq yararsız hala düşdü

Hadisə bu gün saat 17:30 radələrində baş verib. Şəhərin Nizami prospekti ilə Hacı Əli Hüseynzadə küçəsinin kəsişməsində “VAZ 21015” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə zamanı “VAZ”-da olan sərnişin ayağından yüngül xəsarət alıb. Xəstəyə hadisə yerində yardım göstərilib. İşıqforlu yol ayrıcında qeydə alınan hadisə zamanı hər iki maşın istifadəyə yararsız vəziyyətə düşüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Elnur Vahidoğlu