• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 27.09.2015 14:20

Ağstafada sarqo bitkisinin yığımı başa çatmaq üzrədir

Ağstafada el arasında süpürgə kimi tanınan, amma elmi adı sarqo olan bitkinin yığımı başa çatmaq üzrədir. Fermerlər yerli bazarda ucuz satılan bitkini xaricə çıxarmağı daha məqsədəuyğun sayırlar.

Sarqo bitkisi Ağstafada geniş sahələrdə becərilir. Yerli sakinlər bitkinin dənindən heyvan yemi kimi istifadə edir, gövdəsindən isə süpürgə bağlayırlar. Min bir əziyyətlə başa gələn süpürgəni isə hazırda 1-1.50 qəpik arasında satırlar. Bitkini Ağstafada daha çox  Kür çayının sol sahilindəki yaşayış məntəqələrinin sakinləri becərir. Gürcüstanla sərhəddə yerləşən Muğanlı, Sadıxlı, Köç Vəlili, Soyuqbulaq kəndlərində yetişdirilən bitkinin yığımı buradakı əhalinin əsas məşğuliyyəti hesab olunur.

Qurudulan sarqonun üstün cəhəti onun 3-4 il keyfiyyətli qalmasıdır. Bu cür saxlanılan bitki qışda daha da qiymətli olur. Qeyd edək ki, yazda toxumları əkilən sarqonun yığımı payızın ortalarına qədər davam edəcək.

Rahim İbrahimoğlu