• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3655
— 26.09.2015 12:02

Maraqlı becərmə: Pomidor şaxında lobya

Qazax rayonunun Çaylı kənd sakini Fatma Göyüşova istixanasında pomidor əkib yaxşı məhsul götürdükdən sonra bitkinin dibinə lobya toxumları basdırıb. Bir müddət sonra lobya pomidorun şaxına dırmaşaraq maraqlı görüntüyə səbəb olub. Pomidoru yığıb qurtarmaq üzrə olan kənd sakini bir neçə gün sonra lobyanın da bar verəcəyini deyir. İlk dəfədir bu üsuldan istifadə edən Fatma Göyüşova əlavə xərc çəkmədən bol məhsul götürəcəyinə ümid edir.

Rahim İbrahimoğlu