• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 21.09.2015 19:08

Bakıda keçmiş məhkum cinayət törətdi

Sentyabrın 19-da Türkan qəsəbəsində, qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib. Xəzər RPİ Cinayət Axtarış Şöbəsi  və 1-ci Polis Bölməsinin  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Əli Məmmədov tutulub. O artıq dindirilib və törətdiyi cinayəti etiraf edib. Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Vəfa Şairova