• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 21.09.2015 15:31

Gəncədə tikintidə çalışan fəhlə həyatından oldu

Bugün günorta saatlarında Gəncədə fəhlə ölümü ilə nəticələnən hadisə baş verib. Tikinti işləri aparan zaman kimliyi hələ ki, məlum olmayan kişi yıxılaraq dünyasını dəyişib. Mərhum ətrafdakıların köməyi ilə Gəncə şəhər TTYX-ya aparılsa da yolda dünyasını dəyişib. Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunur və kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Xaliq Qurbanov