• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2132
— 20.09.2015 13:08

Gədəbəydə əvvəlcə oğul, sonra ata hücuma məruz qalıb

Gədəbəy rayonunda döyülmə hadisəsi baş verib. Mal bazarında hücuma məruz qalan 35 yaşlı kişinin oğlu da elə həmin hadisədən bir neçə saat öncə eyni adamlar tərəfindən döyülübmüş.

Gədəbəy rayonunun Əlinağılar kənd sakini qonşu kənddən olan bir qrup insan tərəfindən döyülüb.

Rüstəm Əlinağıyev- zərərçəkən: “Mübahisə gündüzdən olmuşdu. Oğlum heyvan aparanda qarşısını kəsib onu da döymüşdülər. Uşaqla mal-heyvan bazarındaydım, bir də gördüm iki maşınla gəldilər, töküldülər. Qəfildən hücum etdilər mənə”.

Rüstəm Əlinağıyevə hücum edən Düzyurd kənd sakinləri ona ağac və daşla ağır xəsarətlər yetirib.

Məharət Kərimov- Gəncə şəhər TTYX-nın cərrah-travmatoloqu: “Gədəbəy rayon və Şəmkir rayon Mərkəzi xəstəxanalarından dava-dalaş zəminində xəsarət alan 1970-ci il təvəllüdlü Rüstəm Əlinağıyev dünən 01:45-də şöbəyə gətirilib. Gətirilənlərin və özünün dediyinə görə dava-dalaş zamanı xəsarət alıb. Hazırda xəstə stasionar müayinədədir, lazımi travmatoloji tədbirlər aparılır. Ümumi vəziyyəti orta-ağırdır”.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hər iki tərəf arasında uzun müddətdir ki, ədavət olub. Yaylaqda qonşu olarkən onların arasında dəfələrlə mübahisə baş verib.

Xəyalə Mürsəl