• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 18.09.2015 18:39

Bakı polisi 26 yaşlı cibgiri saxlayıb

Qadının əl çantasını götürüb qaçsa da, çox uzağa gedə bilmədi. 

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu ərazisində silsilə cibgirliklər törədən şəxs saxlanılıb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Qara Qarayev prospektində qadının əl çantasını və mobil telefonunu mənimsəyən Ucar rayon sakini 26 yaşlı Tariyel Məmmədov tutulub. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. O, cinayətə əl atmasına səbəb kimi maddi sıxıntılarının olmasını deyib.

Tariyel Məmmədovun oxşar cinayət əməllərində iştirakı istisna olunmur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəfa Şairova