• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 18.09.2015 22:01

22 yaşlı Goranboy sakini bıçaqlanıb

Goranboyda bıçaqlanma olub. Rayonun Qaradağlı kənd sakini 22 yaşlı Orxan İmamquliyev bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər xəstəyə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb. Polis hadisənin kim tərəfindən törədildiyini araşdırır.

 

İlham Məmmədzadə