• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 18.09.2015 13:52

Tovuzda mağaza qarət edilib

Tovuzda gecə saatlarında oğurluq olub. Satıcı səhər işə gələn zaman mağazanın qarşısına şüşə qırıntıları töküldüyünü görüb. Əvvəlcə ərazidə dava düşdüyünü zənn etsə də, içəri daxil olandan sonra marketin qarət edildiyini başa düşüb. Mərkəzi hissədə yerləşən satış obyektinə daxil olan "qəhrəman" daşla pəncərəni sındıraraq içəri daxil olub. Qənimət olaraq 20 manat məbləğində qəpik pul, bahalı içkilər və müxtəlif siqaret məhsulları yığdıqdan sonra oğurluqda işinə yarayan daşı da götürərək ərazidən uzaqlaşıb. Satıcının sözlərinə görə, baş verən oğurluq hadisəsini obyektə quraşdırılan müşahidə kamerası anbaan lentə ala bilib. Qeyd edək ki, sentyabrın ilk həftəsi Tovuzda 3 mağaza qarət edilmişdi. Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb.

Rahim İbrahimoğlu