• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 27.09.2014 11:53

Bu il Samuxda payızlıq taxıl səpini ötən ilə nisbətən az olacaq

KepezTV Player

Bu il payızlıq əkin üçün Samux rayonunda ötən ilə nisbətən 200 ton az taxıl səpiləcək. Rayonda taxıl əkinin azalmasının səbəbləri barədə daha ətraflı əməkdaşımız Elnur Vahidoğlunun hazırladığı materialda tanış olaq...

Samux rayonunda ötən il 9 min ha əraziyə 1600 ton  taxıl əkilib ki, ondan da 29 min 500 ton məhsul yığılıb. Burada hər hektara 32-33 sentner taxıl yığılıb, quraqlığı nəzərə alsaq bunu respublika üzrə yüksək göstərici hesab etmək olar. Lakin bu il Samuxda  payızlıq əkin üçün rayonun daxili istehsalı hesabına anbarlara 1394 ton taxıl toxumu tədarük edilib ki, bu da 7 min 500 ha əraziyə əkiləcək. Taxıl əkininin azalmasını isə mütəxəssislər bu cür izah edir.

Arif Məmmədov- Samux rayon İcra Hakimiyyəti Aparatının Aqrar məsələlər şöbəsinin baş məsləhətçisi: “Daha çox yüksək gəlir verən bitkilərin əkininə maraq artmışdır. Rayonda hazırda günəbaxan bitkisinin, yem bitkilərinin əkininə, üzüm, meyvə bağlarının salınmasına üstünlük verilir. Həmçinin tərəvəz bitkiləri də əkilir hansı ki, bunlar az bir sahədən yüksək gəlir verir.  Əhalinin o sahələrə marağı daha çox artır. Bu da taxıl sahəsinin azalmasına səbəb olur”.

Samux rayonunda payızlıq taxıl əkininə oktyabrın ortalarından başlanılacaq və proses noyabrın sonunda başa çatacaq. Rayonun əkinəyararlı torpaqları suvarıldığı üçün  burada Qarabağ-22 arpa,  Aran, Murov, Taleh 38 buğda sortları əkilir.

Elnur Vahidoğlu