• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 26.09.2014 13:39

İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir

Azərbaycan milli komandası bu gün turnirdə üçüncü matçını keçirib. Yığmamız bu dəfə Puerto-Riko millisi ilə qarşılaşıb. Keçirdiyi iki görüşdən sonra 2 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komandamız vəziyyətini yaxşılaşdırmaq üçün bu oyunda qələbə qazanmalı idi. Əks təqdirdə millimiz işini çətinə salacaqdı.
 

Gərgin keçən oyun yığmamızın qələbəsi ilə başa çatıb. Yaponiya ilə görüşdə olduğu kimi komandamız yenə rəqibini tay-brekdə məğlub edib - 3:2. Bu qələbədən sonra xalını 4-ə yüksəldən Azərbaycan millisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 
 

Qrupumuzun digər görüşlərində Kuba Yaponiya, Belçika isə Çinlə qarşılaşacaq. 
 

Qeyd edək ki, ilk görüşdə Yaponiyanı 3:2 hesabı ilə məğlub edən Azərbaycan yığması ikinci matçında Çinə uduzub - 0:3.
  

25 sentyabr

Dünya çempionatı, III tur

Puerto-Rika - Azərbaycan - 2:3 (20:25, 26:24, 24:26, 25:16, 15:17)