• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 17.09.2015 23:08

Şəmkirdə gənc oğlan qana boyandı

Sentyabrın 17-si axşam saatlarında Şəmkir rayonu ərazisində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Rayon sakini 21 yaşlı Zaur Orucəliyev üzərində bıçaq yaraları olan xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Çoxlu qan itirən yaralı dərhal əməliyyata götürülüb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi məlum deyil. Şəmkir rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.

Natiq Hüseyn