• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 26.09.2014 15:25

Gəncə cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə iştirak edib

Yeniyetmə idmançılar Rusiya və Qazaxıstan təmsilçiləri ilə eyni tatamini bölüşüb.

 

Kurort şəhəri kimi tanınan Anapada hər il ənənəvi olaraq düzənlənən yarışda Gəncə cüdoçuları Azərbaycan komandasının heyətində yer alaraq mübarizə aparıblar. Turnirdə Nizami yurdunun 6 tatami ustası çıxış edib. Onlardan ikisi mükafatçılar sırasında yer alıb. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialından 90 kq+ yarışan Ayxan Cəfərovla, 1 saylı Uşaq Gənclər İdman Məktəbindən 42 kq-da Vilayət Bayramov bürünc medal qazanıb.

 

Ayxan Cəfərov- beynəlxalq turnirin bürünc mükafatçısı: “Dord görüş keçirdim. Finala çıxışda uduzdum. 3-cü yer uğrunda görüşdə erməniyə qalib gəldim”.

 

Anapa turnirindəki medal Ayxan Cəfərovun ilk belə uğuru deyil. Məşqçi Zamiq Kazımovun yetirməsi olan cüdoçu bundan öncə İranda keçirilən beynəlxalq yarışda gümüş mükafata layiq görülüb.

 

Zamiq Kazımov- məşqçiI “Ayxan Cəfərov perspektivli idmançıdı. Əvvəllər müxtəlif turnirlərdə nailiyyət qazanıb. Bu yarışda ermənini udması, bizi daha da sevindirir”.

 

Təhsil idmançılarını qarşıda daha bir neçə məsul turnir gözləyir. Azərbaycan birinciliyi belə yarışlar arasında ən önəmlisidi.