• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 17.09.2015 18:48

27 yaşlı Bakı sakininə internet klubda xəsarət yetirdilər

Binəqədi rayon sakini 27 yaşlı Rasim Həsənov naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Hadisə rayon ərazisində yerləşən 246 nömrəli məktəbin yaxınlığındakı internet klubda baş verib. Ağır kəllə-beyin travması ilə 1 saylı şəhər xəstəxanasına daxil olan yaralı dərhal əməliyyat olunub. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə məlumat verilib. Araşdırmalar davam edir.

Ruhəngiz Hacızadə