• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2914
— 17.09.2015 14:14

Göygöldə silahlı insident...

Göygöl rayonunun Çaykənd kəndində qoruq nəzarətçisi ilə vətəndaş arasında silahlı insident baş verib. Xoşbəxtlikdən insident zamanı insan tələfatı qeydə alınmayıb.

İnsident ötən gün axşam saatlarında məcburi köçkünlər 31 yaşlı Namiq İmanovla 40 yaşlı Mətləb Abbasov arasında yaşanıb. Hadisə zamanı tərəflərdən biri odlu silahdan istifadə edib. Ov tüfəngindən açılan atəş Mətləb Abbasova deyil, ona məxsus ata dəyib.

Mətləb Abbasov- zərərçəkən şəxs: “Ov tüfəngini üstümə tuşladı. Bu zaman mən də əl atıb at tərəfə yönəltdim. O da ata dəydi. Məni vurmaq istəyirdi”.

Qeyd edək ki, Namiq İmanov Göygöl Meşə Qoruğunda nəzarətçi işləyir. Qoruğa qanunsuz daxil olma və digər məsələlərlə bağlı tərəflər arasında təxminən üç aydır mübahisə gedir. Sonuncu dəfə isə belə bir mübahisə Namiq İmanovla Mətləb Abbasovun böyük qardaşı İlyas arasında yaşanıb.

İlyas Abbasov- zərərçəkən şəxsin qardaşı: “3 aydır bu mübahisə başlayıb. Deyir sizi iki qardaş ikinizi də öldürəcəm. Məni heç kim tutmayacaq”.

Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları araşdırma aparırlar.  

Natiq Hüseyn