• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 26.09.2014 13:24

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək

Final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları bəlli olacaq.

 

Yarışa vəsiqələr uğrunda mübarizə aparacaq 45 komandadan 24-ü təsnifat mərhələsində 6 qrupa bölünəcək. UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbirin ikinci hissəsində isə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşəcək.

 

Yığmamız seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında qərarlaşıb. Burada isə komandalar 7 qrupa bölünəcək. Püşk Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

Təsnifat mərhələsi (13-18 yanvar 2015)

 

1-ci səbət (meydan sahibləri): Moldova (2*), Monteneqro (2), Litva (2),  Bolqarıstan (2), İsveç (3), Malta (4)

2-ci səbət (4): Cəbəllütariq, Estoniya, Uels, San-Marino, Şotlandiya

3-cü səbət (3): Andorra, Albaniya, Kipr, Danimarka, İsveçrə

4-cü səbət (2): İngiltərə, Ermənistan

5-ci səbət (1): Latviya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İsrail

* - mötərizədəki rəqəm gücünə görə hansı səbətə düşməli olduğunu göstərir.

 

Əsas seçmə mərhələ (17-22 mart 2015)

 

6-cı səbət (meydan sahibləri): Xorvatiya (1), Rumıniya (2), Sloveniya (2), Azərbaycan (2), Bosniya və Herseqovina (3), Polşa (3), Makedoniya (3)

7-ci səbət (4): təsnifat mərhələsinin 7 komandası

8-ci səbət (3): Belçika, Türkiyə, Qazaxıstan, Norveç

9-cü səbət (2): Macarıstan, Slovakiya, Hollandiya, Belarus

10-cu səbət (1): İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Ukrayna, Çexiya