• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 17.09.2015 09:51

Şəmkirdə gənclər arasında dava zamanı 25 yaşlı oğlan bıçaqlandı

Ötən gün saat 23 radələrində Şəmkir şəhərində bıçaqlanma hadisəsi baş verib. Bir neçə gəncin mübahisəsi davaya çevrilib, nəticədə rayon sakini 25 yaşlı Zirəddin Zirəddinzadə bıçaqlanıb. Bədəninin müxtəlif nayihələrindən xəsarət alan gənc xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb. Polis hadisə iştirakçılarının kimliyini müəyyənləşdirib, hazırda bıçaqlamanı kimin törətdiyi araşdırılır.

Natiq Hüseyn