• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2186
— 16.09.2015 10:05

Şəmkirli sərxoş gənc bıçaqlanmasını inkar edib

Şəmkir rayon Əliyaqublu kəndində bıçaqlanma hadisəsi baş verib. Kənd sakini 34 yaşlı Rəşad Məmmədov üzərində bıçaq yarası olan xəsarətlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, Rəşad Məmmədov tibb müəssisəsinə gətirilərkən ağır dərəcəli sərxoş olub.  İlkin ifadəsi zamanı o, bıçaqlanmasını inkar edib. Ancaq Məmmədovun səmimi olduğu heç də inandırıcı görünmür. Hazırda Şəmkir polisi Rəşad Məmmədovun ifadəsinin doğru olub-olmaması istiqamətində araşdırmalarını davam etdirir.

Ceyhun Rəsulov- həkim: “Məmmədov Rəşad Əkbər oğlu döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub, xəstəyə ilkin yardım göstərilib və şöbəyə yerləşdirilib. Hal-hazırda vəziyyəti stabildir”.   

 

Natiq Hüseyn