• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 15.09.2015 18:54

Salyan sakinindən külli miqdarda narkotik maddə götürülüb

Salyan polisi rayon sakinindən külli miqdarda narkotik maddə aşkar edərək götürüb.

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı rayonun Qaraçala qəsəbəsinin sakini, 27 yaşlı Qabil Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman yaş halda ümumi çəkisi 18,10 kiloqram miqdarında 18 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

İlkin dindirilmə zamanı Qabil Abdullayev borclarını ödəmək üçün belə bir cinayətə əl atdığını etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlayıb, istintaq aparılır.

Ruhəngiz Hacızadə