• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 15.09.2015 18:52

Bakıda velosiped və telefon oğurlayan şəxslər yaxalanıblar

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisində oğurluqla məşğul olan şəxsləri saxlayıblar. Keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Pərviz Əhmədov, İlqar Abdurrahmanov və əvvəllər məhkum olunan Elşad Əsədullayev tutulublar. Məlum olub ki, dəstə üzvləri Səbail rayonu ərazisində velosiped oğurluqları ilə məşğul olublar. Saxlanılan şəxslər istintaqa ifadə verərək etdikləri oğurluqları etiraf ediblər.

Bölmə əməkdaşlarının keçirdiyi digər əməliyyat nəticəsində paytaxt ərazisində dələduzluqla məşğul olan şəxs də saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Tural Abbasov tutulub. Araşdırma zamanı məlum olub ki, T.Abbasov Səbail rayonunun müxtəlif ərazilərində vətəndaşlara yaxınlaşaraq danışmaq adı ilə onlardan mobil telefonlarını istəyib. O, telefonları  dələduzluq yolu ilə ələ keçirəndən sonra paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalara satıb.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Vəfa Şairova